Gürcüstan prezidenti:

Gürcüstan prezidenti: "Gürcü və Azərbaycan xalqlarını sıx dostluq birləşdirir"

"Gürcülər və azərbaycanlıların müxtəlif dinlərə məxsus xalqlar olmasına baxmayaraq, hər iki xalqı sıx dostluq birləşdirir”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvilinin Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70, onun Şeyxülislamlıq fəaliyyətinin 40-cı yubileyi ilə bağlı ünvanladığı təbrik məktubunda bildirilib.
 
Dövlət başçısı məktubunda A.Paşazadənin Azərbaycanda dinin möhkəmləndirilməsindəki xüsusi rolunu qeyd edib: "Mən hər zaman Sizin və Gürcüstan patriarxının ölkələr arasındakı münasibətlərin dəstəklənməsi və möhkəmləndirilməsindəki şəxsi rolunuzu görürəm. İnanıram ki, bu dostluq hər zaman davam edəcək. Bu münasibətləri qoruyub saxlamaqla biz regionda həyati əhəmiyyət kəsb edən sülhü möhkəmləndirə bilərik”.
XƏBƏRLƏR
BLOGLAR