Dünya 19:35 08.06.2018

Gürcüstanda 4 turist öldü

Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda Acaristskali çayında raftinq zamanı 4 turist ölüb.

6 nəfərin olduğu kiçik qayığın aşması nəticəsində 4 nəfər suda boğulub. Bədbəxt hadisə zamanı ölən turistlərin Ukrayna vətəndaşları olduğu bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır. (APA)