Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli 2016-2017-ci tədris ilində qızıl və gümüş medala layiq görülmüş ümumtəhsil məktəblərin məzunlarının siyahısını təsdiq edib. 
 
APA-nın Gürcüstan bürosu xəbər verir ki, siyahıda 14 azərbaycanlı məzun da var.
 
Qardabani rayonunun 3 saylı orta məktəbinin 5 məzunu – Elvina Məmmədova, Əlfida İsmayılova, Sənəm Yusubova, Səma Həsənova və Xədicə Fətullayeva, Rustavi şəhəri, Şota Rustaveli adına məktəb litseyin 3 məzunu - Səmayə Məmmədova, Vahid Süleymanov, Nərminə Əliyeva, Marneuli rayonunun Kəpənəkçi kənd məktəbinin məzunu Bənövşə Yusubova qızıl medala layiq görülüblər.
 
Gümüş medala layiq görülənlər isə Marneuli rayonunun Algeti, Qasımlı və Kəpənəkçi kənd məktəblərinin məzunları - Günel Dursunova, Günel Ömərova, Arzu Bayramova və Eltun Əhmədov, Qardabani rayonunun 1 saylı orta məktəbinin məzunu Fəridə Məsimovadır.
 
Qeyd edək ki, Gürcüstanda 2016-2017-ci tədris ilinin 2209 məzunu qızıl, 924 məzunu isə gümüş medala layiq görülüb.
 
Qızıl və gümüş medalların hazırlanması ilə bağlı tender elan olunub. Medallar hazır olandan sonra məzunların mükafatlandırılması mərasiminin vaxtı təyin olunacaq.