Siyasət 23:07 14.11.2018

Gürcüstanda prezident seçkilərinin ikinci turu bu tarixdə keçiriləcək

Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkilərinin ikinci turunun keçiriləcəyi tarixi açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, ikinci tur noyabrın 28-nə təyin edilib.

Gürcüstanda prezident postu uğrunda iki əsas namizəd mübarizə aparır. Bunlar hakim "Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadzedir.

Qeyd edək ki, birinci turda prezidentliyə 25 nəfər namizədlik irəli sürmüşdü. Salome Zurabişvili seçicilərin 38,64%,  Qriqor Vaşadze isə 37,74% səs toplamışdı. Prezidentin seçilməsi üçün isə seçicilərin 50%-nin səsini toplamaq lazım idi.