Ölkə 17:31 23.01.2013

Gürcüstanda yaşayan azərbaycanlılar

Günel Mövlud

Adam qürbətdə daha vətənpərvər olur. Çünkivətənin qüsurları içəridən də, uzaqdan da eyni cür görünsə də, yaxşıtərəfləri uzaqdan daha aydın və dəqiq görünür. Düzdü, Tiflisdə özümüqətiyyən qürbətdə hiss eləmirəm: dil baryeri yoxdur, gürcü tanışlarımınhamısı rusca bilir, dükan-bazarda satıcıları, restoranda ofsintları, birsözlə bütün xidmət müəssisələrində rus dilində dərdini demək olur,insanları istiqanlı, qiymətlər normal, münasibət də ki, çox mehriban.Amma buradan müşahidə və analizlər etmək daha rahatdı.

Hələburda məskən salmamışdan, Gürcüstanda yaşayan azərbaycanlılar barədəsöhbət düşəndə, həm onların özləri, həm məsələyə kənardan münasibətbildirənlərin hamısının bir şikayəti vardır: Gürcüstan hökumətibizimkilərə qarşı laqeyd, gürcülər isə bizimkilərə qarşı aqressivdi.

Tiflisəgələndən bəri gürcü xalqı, gürcü ovqatı, gürcü mədəniyyəti iləbirlikdə, burada yaşayan azərbaycanlıları da müşahidə edirəm. Heç birigürcüstanın mədəni-ədəbi həyatına qoşulmayıb. Ədəbi çevrədə bir nəfər dəolsun, azərbaycanlı yoxdur. Heç bir bankda, mobil operatorlarınfilialında azərbaycanlıya rast gəlmək mümkün deyil. Amma bazara ayaqbasan kimi onlarla azərbaycanlı satıcıya rast gəlirsən. Ən yaxşı,keyfiyyətli, təzə məhsul azərbaycanlı satıcının qarşısında olur. Ənyaxşı sövdələşməni azərbaycanlı satıcı edir. Bəzən hesablamada çətinlikçəkən gürcü həmkarlarına da yaxınlaşıb, kömək edirlər. Heç biri gürcüdilini öyrənməyib. Gürcü dilində danışan nadir azərbaycanlılar da budili bazar, alış-veriş, ən yaxşı halda məişət çapında öyrəniblər.

Sovetdövründə orduya gedib, rus qızlarına vurulan, bəzən onlarla evlənib, özkəndinə gətirən azərbaycanlı oğlanlar, heç olmasa o sarışın qızlarınhesabına rusca öyrənir, sonra da beynəlmiləl ailənin övladları iki dildədanışırdılar. Burada azərbaycanlı-gürcü sevgisi, münasibətləri, ailəsidə nadir rast gəlinən hallardandır. Şəxsən mən gürcülərə ərə gedənazərbaycanlı qız tanısam da, gürcü qızı ilə evlənən azərbaycanlı oğlantanımıram.

Gürcü həmkarları ilə əlaqə yaradan,münasibət quran, dostluq edən tək-tük azərbaycanlı gənclər isəqeyri-hökumət sektorunda fəaliyyət göstərənlər, jurnalistlər vəGürcüstanda deyil, Azərbaycanın paytaxtında yaşayan yaradıcı adamlardı.

Halbukiünsiyyəti asanlaşdıracaq, əlaqələri genişləndirəcək, münasibətləriyaxşılaşdıracaq vasitə - dil öyrənmək olduqca asandır. Hər iki addımdanbir, ucuz qiymətə gürcü dili kurslarının elanlarını görmək olur. Dilinqrammatikası rahatdır. Dildə cinslər yoxdur. Şəkilçilər nadir hallardadəyişir. Burada yaşadığım ikicə ay ərzində əlifbanı və yüzdən çox sözöyrənmişəm. Çünki ortada çətin bir iş yoxdur.

Ammaonilliklər boyu burada yaşayan azərbaycanlılar işlərinin, rifahlarının,mədəni səviyyələrinin artması xətrinə özlərinə əziyyət verib, dilöyrənmək istəmirlər. Gürcustan hökuməti dövlət müəssisələrində işləməküçün bu xalqın qarşısına bircə şərt qoyub: gürcü dilini öyrənmək.Biznes, yaradıcılıq üçün bu dil vacibdir. Azərbaycanlılar isə ikiayağını bir başmağa dirəyib, bu dili öyrənmirlər. Və işsizlikdən, gürcühökumətinin onlara qarşı laqeydliyindən, üstən aşağı-baxmasındanşikayətlənirlər.

Sonda bir misal gətirməkistəyirəm. Bir gürcü rəfiqəm var. Beş ildir Azərbaycanda yaşayır. Cəmibeş il ərzində nəinki azərbaycan dilinə, hətta bir neçə bölgəninləhcəsinə də yiyələnib. Atalar sözlərimizi, zərb-məsələlərimizi bilir.Kitabları Azərbaycan dilində oxuyur. İstənilən zümrədən olanazərbaycanlı ilə rahat söhbət edə bilir. Azacıq aksenti olmasa, onurahat azərbaycanlı hesab etmək olar.

O xanım indi Bakıda fəaliyyətgöstərən bir şirkətdə, rəhbər vəzifələrdən birində çalışır. İşi başındanaşır, azərbaycanlı dostları həddən artıq çox, çevrəsi genişdir. Bununbircə səbəbi var ki, o heç nəyi Azərbaycan hökumətindən gözləmədi,başını aşağı salıb, özünə zəhmət verərək, dil öyrəndi, əlaqələr yaratdı,ünsiyyətə girdi. Vəssalam. Hər şey bu qədər sadədir.

Simsar.az