Siyasət 22:08 08.08.2017

Gürcüstan Putinin Abxaziyaya səfərini pisləyib

Gürcüstan Xarici İşlər Naziriliyi Rusiya prezidenti Vladimir Putinin ölkənin separatçı bölgəsi Abxaziyaya səfərini pisləyib.

"Qaynarinfo" xəbər verir ki, bununla bağlı Gürcüstan Xarici İşlər Naziriliyinin bəyanatında bildirilir.

Gürcüstan XİN-in rəsmi bəyanatında bildirilir ki, Rusiya prezidentinin separatçı bölgəyə səfəri  beynəlxalq qanunvericiliyi pozub: "XİN Rusiyanı Gürcüstanın dövlətçiliyinə qarşı yönəlmiş təxribatçı addımlara son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb”.

Qaynarinfo.Az