Dünya 12:27 06.12.2017

Göy qurşağı 23 ildən sonra rekord qırdı (FOTOLAR)

Çin Mədəniyyət Universitetinin professor və tələbələri Tayvanın paytaxtı Taybeyin dağlarında bu günə qədər çıxan ən uzunmüddətli göy qurşağı hadisəsinin şahidi olublar.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Tayvanın şimalında görünən təbiət hadisəsi 8 saat 58 dəqiqə davam edərək, dünyanın ən uzunmüddətli göy qurşağı rekordunu qırıb. Hadisə noyabrın 30-da saat 06:57-15:55 arasında gerçəkləşib.

Qeyd edək ki, bu günə qədər ən uzunmüddətli göy qurşağı 14 mart 1994-cü ildə Böyük Britaniyanın Yorkşir əyalətində qeydə alınıb, 6 saat davam edib.