Sənət 13:12 18.05.2018

Göydən 3 banan düşdü - 18 may, 20:00

18 may, saat 20:00-da ADO Teatrı "Göydən 3 banan düşdü" adlı tamaşasını göstərəcək. 

Qaynarinfo xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və müəllifi ADO`nun qurucusu Elmin Bədəlov, rəssamı Leyla Quliyevadır. Rolları isə aktyorlar Elgün Həmidov, İskra Tarrant, Sabir MəmmədovKamran Muradlı canlandıracaq. 

Tamaşada Azərbaycan nağıllarının motivlərindən istifadə olunsa da nümayiş böyüklər üçün hazırlanıb. Eyni zamanda tamaşada milli musiqilərin təhrif olunmuş versiyasından da istifadə olunub.