Video 11:19 17.12.2018

Göydən dollar yağdı (VİDEO)

 
Honq Konqda göydən pul yağıb.

Qaynarinfo "South China Morning Post"a istinadən xəbər verir ki, Fuk Va küçəsində binadan 100 Honq Konq dollarları səpələnib. Polis insanlara pulları toplamamaq barədə xəbərdarlıq edib. 

Təhlükəsizlik əməkdaşlarının ümumilikdə 5 min Honq Konq dolları (640 ABŞ dolları) topladığı açıqlanıb. Hadisəyə görə hələlik heç kim həbs edilməyib. 
Kriptovalyuta "Facebook" səhifəsinin sahibi olan şəxsin "dollar yağışı"nı təşkil etdiyi güman edilir. Həmin şəxs ictimai asayişin pozulmasına görə 5 min Honq Konq dolları məbləğində cərimələnə və ya 12 aya qədər həbs cəzası ilə üzləşə bilər.

Gülşən