Xəbər lenti

Haaqa məhkəməsi Netanyahunun həbsinə order verə bilər
Dünya 12:05 29.04.2024

Haaqa məhkəməsi Netanyahunun həbsinə order verə bilər

İsrail hakimiyyəti Qəzza zolağında hərbi əməliyyatla bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən baş nazir Benyamin Netanyahu və digər yüksək rütbəli məmurların həbsinə order verilməsinə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times”a məsələ ilə tanış olan beş nəfərə istinadən yazır.

Onların fikrincə, İsrail hakimiyyəti oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının İsrailə qarşı həyata keçirdiyi hücuma həddindən artıq sərt cavab verməkdə ittiham oluna bilər. İttihamın digər səbəbi Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmaq ola bilər.

Eyni zamanda, məhkəmə HƏMAS liderlərinin həbsinə order verilməsini nəzərdən keçirir. Lakin onların kimə və hansı cinayətlərə görə ittiham oluna biləcəyi bəlli deyil, NYT mənbələri deyir.

Nəşrin qeyd etdiyi kimi, dünyanın əksər ölkələrində BCM-nin belə bir qərarı Qəzza zolağında müharibə boyu mənfi beynəlxalq reaksiya ilə üzləşmiş İsrailə qarşı alçaldıcı mənəvi qınaq kimi qəbul ediləcək. Həmçinin, NYT mənbələrindən birinə görə, bu, HƏMAS-a qarşı hərbi kampaniyaya təsir göstərə bilər.

BCM-nin baş prokuroru Kərim Xan daha əvvəl təsdiqləyib ki, onun komandası İsrail və HƏMAS arasında müharibə zamanı insidentləri araşdırır. Netanyahunun ofisi qeyd edib ki, BCM-nin istənilən müdaxiləsi "vəhşi terrorizm və mənasız təcavüzlə mübarizə aparan bütün demokratik ölkələrin əsgərlərini və rəsmilərini təhdid edən təhlükəli presedent yaradacaq”.

İsrailin "Maariv” qəzetinin yazdığına görə, Netanyahu həbs qərarı verilməsi ehtimalından çox narahatdır və son günlər belə bir inkişafın qarşısını almağa çalışıb. Xüsusilə, o, ABŞ prezidenti Co Baydenlə söhbət də daxil olmaqla, potensial təqibi dayandırmaq üçün çoxsaylı telefon danışıqları aparıb.

Xatırladaq ki, 2023-cü ilin martında BCM Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar "Ukraynanın işğal olunmuş ərazilərindən əhalinin (uşaqların) Rusiyaya qanunsuz deportasiyasında” şübhəli bilinirlər. Daha sonra Kreml bəyan edib ki, Rusiya BCM-nin yurisdiksiyasını tanımır və məhkəmənin qərarlarını hüquqi baxımdan etibarsız hesab edir.

Yada salaq ki, Haaqa məhkəməsi BMT-nin bir hissəsidir. 1998-ci ildə imzalanmış Roma Statusu ilə təsis edilib. BMC-nin dövlətləri deyil, fərdləri mühakimə etmək mandatı var. Onun səlahiyyətlərinə hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırım cinayətlərinin təqibi daxildir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->