Maqazin 15:46 26.10.2018

"Hababam sınıfı"nın aktyorları illər sonra (FOTOLAR)

"Hababam Sınıfı" filmi haqda bunları bilirdinizmi?
 
Filmin baş rol ifaçılarından olan Tarık Akanın canlandırdığı Damat Fərid obrazının maraqlı tarixçəsi var. Belə ki, filmin rejissoru Ertem Eğilmezlə Tarık Akan arasında ata-oğul münasibəti qədər səmimi münasibət olub. Bu səbəbdən bu baş rol ona həvalə edilib. Ertem Eğilmez öz oğlunu gənc yaşda itirdiyi üçün obraza Fərid adı verilib.

Qeyd edək ki, "Hababam sınıfı" film olmadan öncə teatr səhnələrində canlandırılıb. Teatrda bunu o dövrün məşhur aktyorlar ZəkiMətin oynayıblar. Lakin büdcə az olduğundan Ertem Eğilmez filmdə məşhur olmayanları çəkməyə qərar verib. Bu səbəbdən Zəki və Mətin filmdə rol almayıblar. "Hababam sınıfı"nda baş rol ifaçılarından başqa köməkçi aktyorların hamısı elan vasitəsilə filmə dəvət olunublar.
 
Filmdə Paşa Nuri obrazını canlandıran Sıtkı Akçatepe "Güdük Necmi" obrazını canlandıran Halit Akçatepenin atası olub. O, əslində filmdə olduğu kimi gerçək həyatda da Qurtuluş Savaşı qazilərindəndir.
 
"Hababam sınıfı" filmlərində baş rollarla yanaşı, köməkçi rolları ifa edənlər edə elə bir o qədər sevilib.

Qaynarinfo Azərbaycanda da maraqla izlənilən məşhur filmin aktyorlarının illər sonrakı fotolarını sizlərə təqdim edirik:

Filmdə Boncuk obrazını canlandıran Ergun Sözen hazırda rəqs müəllimi kimi çalışır. Digər bir obrazı ifa edən Fazıl Ender Uzun isə yaratdığı Üstün Hayat Teatrı ilə sənət həyatına davam edir.


"Hababam Sınıfı Dokuz Doğuruyor" filminin Kıvırcık Ömeri Talip Güran Bodrumdakı emalatxanasında taxta stollar hazırlayıb sataraq həyatını davam etdirir.


Hayta İsmayıl


Bığlı ədəbiyyat müəllimi Avni - Avni Yalçın


Bacaksız - Tuncay Akça


Ahmet - Ahmet Sezerel


Postal Rza - Ercan Gezmiş


Filmdə maraqlı məqmlardan biri də lövhəyə çəkilən qaçış planıdır. Həmin planı çəkən filmdə də rol alan Dilaver Gürdür. Mühəndislik Universitetinin tələbəsi olduğundan film çəkilişi zamanı planın çəkilməsi ona həvalə edilib.

 
Çingiz