Ekonomiks 09:49 21.04.2014

Hacı İbrahim açılış edəcək


Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biri olan “Khazar İslands”da tikinti işlərinin birinci mərhələsinin may ayında yekunlaşdırılması nəzərdə tutulur.

Bu barədə AzərTAc-a layihəni həyata keçirən “Avesta” konsernindən bildiriblər. Qeyd olunub ki, layihə üzrə işlərin birinci hissəsinin tamamlanması və bir sıra obyektlərin açılışı mayın 28-də baş tutacaq, orada çimərliklər, restoran, körpü və yollar tam təmir edilərək istifadəyə veriləcək. Bundan əlavə, yeni tikilən şəhərdə 4 kilometr uzunluğunda bulvar, eləcə də hər biri 5 hektar olan 2 park istismara veriləcək.

Qaynar.info