Ölkə 13:35 05.07.2019

Hacı Mazanın polis oğluna yeni vəzifə verilib

İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğlu Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib. 

Qaynarinfo Unikal.org-ə istinadən xəbər verir ki, sabiq Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə, keçən il Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edilən, polis polkovnik-leytenantı Bayram Ramazan oğlu Zeynalovun yeni iş yeri məlum olub.

B.Zeynalov sabiq nazir Ramil Usubovun müvafiq əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təşkili şöbəsinin inspektoru təyin edilib. 

Xəbəri Baş Dövlət Yol Polisi İdarəsindən unikal.org-a təsdiqləyiblər.