Ölkə 10:46 30.01.2013

HACI MƏMMƏDOV HEÇ KİMLƏ GÖRÜŞMƏK İSTƏMİR


Daxili İşlər Nazirliyinin sabiq əməliyyat müvəkkili, adam oğurluğunda və çoxsaylı qətllərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovdan Elşad Abdullayevin açıqladığı videolarda adının hallanması ilə bağlı hər hansı şərh almaq mümkün olmayıb. Modern.az bununla bağlı “poqonlu əcinnə”nin maraqlarını müdafiə edəcək vəkili tapa bilməyb. Araşdırmalardan sonra bəlli olub ki, əvvəllər onun hüquqlarını məhkəmədə müdafiə etmiş vəkil Səməd Əliyev dünyasını dəyişib, sonradan yeni vəkil tutulmayıb.

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov modern.az-a deyib ki, vəkili Səməd Əliyev dünyasını dəyişəndən sonra Hacı Məmmədovdan hər hansı informasiya əldə etmək çətinləşib.

“Hacı Məmmədov heç kimlə görüşmək istəmir. Ətraf mühitlə bütün əlaqəni kəsib. Hətta yaxın qohumları ilə belə, görüşməkdən imtina edib. Uzun müddətdir ondan xəbər yoxdur”.

Hacı Məmmədovun yeni vəkilinin olub-olmaması isə hələ ki məlum deyil.