Foto 09:41 10.11.2017

Hacı Nuran yenidən Almaniyaya müalicəyə getdi

Aparıcı Hacı Nuran Hüseynov müalicəsini davam etdirmək üçün Almaniyanın Duzeldorf Universitetinin hospitalına yola düşüb.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, bu haqda aparıcı özü sosial şəbəkədə paylaşım edib.

Almaniyada klinikada olduğunu qeyd edən aparıcı "Yenidən müalicəyə ehtiyac var” deyə bildirib.

Qeyd edək ki, Hacı Nuran uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkir.

Qaynarinfo.Az