Ölkə 18:36 21.05.2014

Hacıbala Abutalıbov turnikdə neçə dəfə dartınar? - VİDEO

Qazaxıstanda dövlət qulluqçuları prezident Nursultan Nazarbayevin idman testi çərçivəsində imtahan verməyə başlayıblar.

Virtualaz.org KTK kanalına istinadən bildirir ki, məmurlar nə qədər peşəkar olduqlarını təkcə kabinetlərdə yox, qaçış meydançalarında və idman zallarında da sübut etməli olurlar. Onlar qaçır, tullanır və yeri gələndə hətta təlim qumbaraları da atırlar.

Maraqlıdır, görəsən, Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarının metodunu burada tətbiq etsə, bizim məmurların axırı necə olar? Hacıbala Abutalıbov turnikdə neçə dəfə dartına bilər? Yaxud vitse-spiker Bahar Muradova 100 metrlik məsafəyə qaçarmı?