Dünya 13:03 26.07.2013

Hacını ayı bilib güllələdilər

Türkiyənin Bingöl vilayətindəki Yukarı Kös kəndinin sakini, 55 yaşlı Lütfü Tokaş həbs olunub.

Bakuinfo.az-ın məlumatına görə, o, səhər saatlarında bağındakı alma ağacına çıxan 80 yaşlı hacı Əziz Korkutu ayı zənn edərək ov tüfəngi ilə atəş açıb və alma oğrusunu güllələyib.
 
Polisdə verdiyi ifadəsində Tokaş bildirib ki, son vaxtlar ayılar meyvə bağlarına və arı pətəklərinə dadanmışdılar.
 
"Səhər namazından sonra yatmışdım. Qəflətən arvadım məni oyadıb dedi ki, bağda ağaca ayı çıxıb, alma yeyir. Mən də tüfəngi götürüb aşağı düşdüm, ağaca atəş açdım. Sən demə, ağacdakı ayı yox, qonşum hacı Əzizmiş. Bağçaya gedib onu qan içində yerdə görəndə şoka düşdüm", - Lütfü Tokaş deyib.

Qaynar.info