Foto 15:38 04.03.2019

Hakim meydanda buz bağladı (FOTO/VİDEO)

ABŞ çempiontının (MLS) ötən axşam keçirilən "Kolorado Rapids" - "Portland Timbers" oyunu 7 dərəcə şaxtada oynanılıb.

Qaynarinfo xəbər verir ki, "Dick's Sporting Goods Park"da baş tutan qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Güclü şaxta və qar yağışı futbolçuların oyunu davam etdirməsinə təsir göstərməsə də, matçın baş hakiminin görüntüsü sosial mediada "Şaxta baba" şərhlərinin yazılmasına səbəb olub.