Dünya 14:00 16.04.2013

Hamilə ana 3 uşağını öldürdü, özü isə intihar etdi - FOTOLAR

İngiltərədə bir hamilə qadın 3 uşağını öldürdükdən sonra intihar edib. 

Qaynar.info-nun məlumatına görə, 23 yaşlı Fiona Andersonun uzun müddətdir depressiyada olduğu, bu səbəbdən 3 uşağını öldürərək, özünü isə evin damından atdığı bildirilib. 

Qadın "Facebook"da bir neçə saat əvvəl son mesajlarında həyat yoldaşı Kreq Mak Lennandın ona başqa qadınla xəyanət etdiyini yazıb. "Biz səni sevirdik. Bu uşaqlar sənə bir Tanrı kimi baxırdı. Sən isə bizi məyus elədin" yazan ana "Ananız sizi hər zaman sevəcək" qeydi ilə uşaqlarının fotolarını paylaşıb.  

Mesajı göndərdikdən bir neçə saat sonra hamilə qadın 3, 2, və 11 aylıq uşaqlarını öldürdükdən sonra, özünü də evin damından atıb. 

Rəsmilər uşaqların necə öldürüldüyü barədə məlumat verməyiblər.

Qaynar.info