Dünya 18:25 16.08.2013

Hamilə arvadını 21 bıçaq zərbəsi ilə öldürdü - ŞOK

Türkiyənin Diyarbəkir bölgəsində dəhşətli cinayət baş verib. 

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Selam Binen 4 həftəlik hamilə arvadı Deniz Bineni 21 bıçaq zərbəsilə amansızcasına qətlə yetirib. Səbəb kimi kişi arvadının onu aldatdığını göstərib.

Cinayəti törədən kişi isə arvadının onu aldatmasından şübhələndiyi üçün öldürüb. Belə ki, kişi arvadını izləmək üçün evə video və səs yazan kameralar quraşdırıb. Dəfələrlə həmin yazıları yoxlayıb. Videogörüntülərdə heç nə tapa bilməsə də, səsyazmada arvadının kimləsə telefonda ehtiraslı danışdığını eşidib. Daha sonra gecə yatarkən evlərinin pəncərəsinə kiminsə daş atdığını görüb. 

Selam Binen bütün bunlardan sonra arvadı ilə haqq-hesab çəkməyə qərar verib. O, qadının əl-qolunu bağlayıb. Onu döyməyə başlayıb. Arvadından kiminlə sevişdiyini soruşub. Daha sonra isə arvadının müxtəlif yerlərinə ağır bıçaq zərbələri endirib. Selam Binenin bədənini deşik-deşik edən kişi sonradan onun boğazını kəsib.

Ən dəhşətlisi isə budur ki, Selam Binen bu hadisələrin səslərini diktafona yazıb. Səs yazısında qadının ölüm anında ərinə yalvarışları aydın eşidilib: “Bax, əllərim bağlıdır. Məni öldürürsən, öldür. Amma xahiş edirəm, icazə ver, son dəfə körpəmi qucağıma alım. Onu iyləyim, onunla vidalaşım”.

Bu və digər yazıları polisə təqdim edib. Polis cinayətkar kişini tutub və məhkəməyə təhvil verib. Polis video və səs yazılarını araşdırarkən, kişinin iddia etdiyi kimi arvadın ona başqası ilə xəyanət etmədiyi qənaətinə gəlib.

Qaynar.info