Video 16:25 12.04.2018

Hamilə müğənni səhnədə başından güllələnərək öldürüldü (VİDEO)

Pakistanda Samina Sindhu adlı müğənni səhnədə başından güllələnərək öldürülüb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə aprelin 10-da Pakistanın Larkana şəhərinin yaxınlığındakı bir kənddə baş verib. Müğənninin öldürən Tarq Catoi adlı şəxs saxlanılıb. O, polisə verdiyi ifadəsində müğənnini rəqs etmədiyi üçün öldürdüyünü bildirib.

Tibbi ekspertizaya aparılan Saminanın hamilə olduğu üzə çıxıb.