Dünya 12:51 27.07.2013

Hamilə qadın küçədə doğdu, uşaq durub qaçdı - VİDEO - FOTO

Küçədə hamilə qadının qəflətən doğuş sancılarının tutması əsəbləri tarıma çəkən, qorxu yaradan və kömək aramağa vadar edən məqamlardan biridir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Misirin paytaxtı Qahirədə, Nil çayının sahilindəki bulvarda belə anlar yaşanıb.


Hamilə xanım bulvarda gəzişərkən qəflətən doğuş sancıları tutub. Ətrafdakı insanlar ona yardım etməyə çalışanda qadın bərkdən qışqırmağa başlayıb, "Aman Allah! Doğuram" bağırıb.

Qadın "doğub" və "dünyaya gələn uşaq" da dərhal duraraq qaçıb.

Keçəl "uşağın" qaçışını görənlər bunun zarafat olduğunu anlayıblar.

Qaynar.info