Tədqiqatçılar ətrafımızdakı insanların dilindən düşməyən seriallara böyük bir təkidlə baxmamağımızın elmi bir səbəbinin olduğunu deyirlər. Bunun adı "Optimal Fərqlənmə Nəzəriyyəsi”dir (Optimal distinctiveness theory).

Game of Thrones, Sen Anlat Karadeniz, Bozbash Pictures, Diriliş Ertuğrul, Çukur , Söz və La Casa de Papel kimi bir çox məşhur seriallara çoxlarımız heyranıyıq. Amma, bunların arasında mütləq bir ya da iki dənəsinə sırf hər kəsin dilindədi deyə heç cürə baxa bilmirik.

Bəs, niyə belədir?

Tədqiqatçılar bu sualın cavabını elmi bir araşdırma ilə cavablandırırlar: Optimal Fərqlənmə Nəzəriyyəsi.

Bu nəzəriyyə hər bir kəsin özü ilə ətrafındakı insanlar arasında müəyyən bir məsafə yaratmağa çalışdığını iddia edir. Nəzəriyyəyə görə, bu məsafəni də elə optimal şəkildə etmək istəyirik ki, insanlardan fərqli olub cəmiyyətdən kənarda qalaq, nə də hər kəslə eyni şeyləri izləyib assimilyasiya olmaqdan qaçırıq.

Əsasən, yetkinlik yaşlarından etibarən özünü göstərən bu davranış mexanizmi sayəsində də hamı eyni serialdan bəhs edən zaman və ya həmin serialı məsləhət görən zaman, həmin serialdan uzaqlaşırıq. (moneta.az)