Ölkə 13:03 27.04.2013

Hava dumanlı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

Bu barədə Qaynar.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.


Paytaxtda və yarımadada mülayim cənub küləyi əsəcək, havanın temperaturunun gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə isə 27 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Qaynar.info