Ölkə 01:02 06.11.2013

Hava mülayim olacaq


Azərbaycanda yağmursuz hava proqnozlaşdırılır


Bakı və Abşeron yarımadasında noyabrın 7-də hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacağı, axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 18-23 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında noybrın 7-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı proqnozlaşdırılır. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.


Qaynar.info