Ölkə 09:53 29.01.2013

Hava şəraiti kəskin dəyişəcək

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-3, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: Uzun müddət davam edən mülayim isti hava şəraitindən sonra yaxın 2 gündə atmosfer təzyiqinin yüksəlməsi, arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.