Sağlamlıq 12:14 15.01.2018

Hava şəraiti nə vaxt sabitləşəcək?

"Yanvar ayının 17-də hava şəraiti sabitləşəcək".

Qaynarinfo xəbər verir ki, bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, yanvar ayının 17-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Yanvar ayının 18-də havanın temperaturu bugünlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək".

G.Məmmədova qeyd edib ki, sabah - yanvarın 16-da bəzi rayonlarda yağmursuz hava şaraiti müşahidə olunsa da, dağlıq rayonlarda yağmurlu hava şəraiti hökm sürəcək.