Ekonomiks 18:18 05.10.2018

Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı

Qaynarinfo xəbər veriri ki oktyabrın 8-dən respublika ərazisində havanın temperaturu sabitləşəcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyininin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, oktyabrın 8-i və 9-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, mülayim keçəcəyi gözlənilir:

"Havanın temperaturu bu günlə müqayisədə tədricən yüksələcək. Bakıda və Abşeron yarımadasında maksimal temperatur 25 dərəcəyə yaxın olacaq. Paytaxtda mülayim cənub istiqamətli külək əsəcək”.

Umayra Tağıyeva qeyd edib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 8-i və 9-da yağıntı gözlənilmir.