Foto 13:01 22.09.2018

"Hayabusa 2" "Ryugu" asteroidində missiyaya başlayıb

Yaponiya tərəfindən göndərilən "Hayabusa 2" robotunun səyahət və tədqiqat cihazı Ryugu asteroidinin səthinə eniş edib.

Qaynarinfo Tech Crunch-a istinadən xəbər verir ki, "Hayabusa 2" ondan əvvəl göndərilən "Hayabusa" robotunun missiyasını davam etdirəcək. Lakin bildirilir ki, "Hayabusa 2"nin cihazları texniki üstünlüklərə sahibdir və "Ryugu"nun səthində daha uzun müddət qalacaq. "Ryugu" Yer və Mars orbitində hərəkət edən kiçik asteroiddir. Üzərində su və üzvü maddələr olduğu təxmin edilən "Ryugu" vasitəsilə Günəş sisteminin tarixi və Yerdən kənardakı həyatın mümkünlüyü araşdırılacaq.

Qeyd edək ki, "Ryugu"nun kiçik ölçüsü və aşağı cazibə qüvvəsi "Hayabusa 2" cihazlarının asteroidin səthində hərəkət etməsini qeyri-mümkün edir. Bekə ki, robotlar asteroid üzərində sıçrayış edərək hərəkət edir. Robot 15 dəqiqə havada qalır, daha sonra isə "Ryugu"nun cazibə qüvvəsi nəticəsində asteroidin səthinə yenidən enir. "Hayabusa 2" eniş etdiyi yerin səthini, temperaturunu və digər məlumatları ötürəcək. 

Gülşən