Dünya 14:17 09.02.2018

HDP-nin rəhbər şəxsi barədə həbs qərarı

Türkiyənin Suriyada həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatını protest edən və xalqı küçələrə çıxartmağa çalışmaqda ittiham edilən 17 nəfər barədə həbs qərarı verilib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, 7 nəfər artıq Ankara Polis Bölməsi Terrorla Mübarizə Şöbəsi tərəfindən həbs edilib. Digər 10 nəfər isə axtarılır. 

Barəsində həbs qərarı verilənlər arasında Xalqların Demokratik Partiyasının (HDP) rəhbər şəxslərindən olan Serpil Kamalbayın da adı var. Kamalbayın ötən həftə partiyanın Qadın Konfransında "Zeytun Budağı" əleyhinə bildiriş səsləndirdiyi vurğulanır.

Gülşən