Video 11:38 14.10.2018

Həbib Floyd Meyvezeri döyüşə çağırdı: "Bir kral var, o da mənəm" (VİDEO)

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə məşqçi Dejuan Bleyk "Instagram" hesabında video paylaşıb.

"Hə, Floyd! İndi döyüşməliyik. Mənim 27-mə qarşı sənin 50 qələbən. Məğlub olmayan iki adam. Hə, niyə də olmasın? Meşədə sadəcə bir kral var. O da əlbəttə ki, mənəm. Çünki sən Makqreqoru rinqə sala bilmədin, amma mən bunu asanlıqla bacardım", - deyə Həbib amerikalı boksçuya səslənib.