İdman 23:20 08.11.2019

Həbib Konorla revanş şərtini açıqladı

UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı rəqibi Konor Makqreqorla ravnş etmək üçün şərtini açıqlayıb.

Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, rusiyalı döyüşçü keçirdiyi mətbuat konfransında Konora ismarıc göndərib: "UFC-də 10 dəfə qələbə qazanarsa, revanş olacaq". Həbib Makqreqorun onun haqqında söylədiyi qərəzli fikirlərə nə üçün reaksiya göstərməməsinin səbəbini də açıqlayıb.

O, cavabını oktaqonda verdiyini deyib.