Maqazin 09:44 25.12.2018

Həbib Nurməhəmmədov "Diriliş Ərtoğrul"a çəkildi (FOTO)

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov "Diriliş Ertuğrul" serialında rol alıb.

Qaynarinfo-nun məlumatına görə, idmançı serialın aktyorları, o cümlədən Ertuğrul rolunu oynayan Engin Altan Düzyatanla görüşüb.

"Sanki mən də mövzunun içindəyəm" deyə məşhur döyüşçü sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə Konor Makqreqora qalib gələrək, çempion titulunu qoruyub.