İdman 21:38 24.11.2018

Həbib Nurməhəmmədova ağır itki üz verdi (FOTO)

Yüngül çəki dərəcəsində Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovun babası dünyasını dəyişib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı idmançının meneceri Əli Əbdül-Əziz məlumat yayıb.

O, "Instagram” səhifəsində yazıb: "Hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq”. 

Daha öncə Həbib UFC 223 turnirindən qayıtdıqdan sonra babasını ziyarət etmişdi və çempionluq kəmərini onun çiyninə salmışdı.