İdman 20:31 31.01.2019

Həbib realiti-şou aparıcısı olacaq

UFC tərəfindən 9 aylıq diskvalifikasiya alan döyüşçü Həbib Nurməhəmmədov Qazaxıstanda realiti-şouya aparıcılıq edəcək.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Həbib "The Nomads” layihəsinin ikinci mövsüm aparıcısı olacaq.

Verilişdə məşhur idmançılar güc yarışı göstərir və intellektual müsabiqədə iştirak edirlər.

Qeyd edək ki, proqramın ilk mövsümünün aparıcısı olimpiya çempionu Bəxtiyar Artayev olub.