Video 22:52 29.11.2018

Həbib Tina Kandelakinin əlini sıxmadı (VİDEO)

Rusiyalı idmançı, UFC çempionu Həbib Nurməhəmmədov "Synergy Global Forum”da müsahibədən "Matç TV” telekanalının baş direktoru Tina Kandelakinin əlini sıxmayıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, idmançı Kandelakinin Instagram hesabında paylaşımın altında şərh yazıb.

"Əlini sıxmaqdan imtina hörmətsizlik kimi qəbul edilə bilməz. Cəmiyyət içində dini lider olmayan şəxs əli sıxa bilər, burada heç bir günah yoxdur”, - Kandelaki yazıb.

Misal kimi, Kandelaki Ramzan Kadırovu gətirib və bildirib ki, Çeçenistan rəhbəri onunla görüşü zamanı əlini sıxıb.

Nurməhəmmədov Kandelakinin paylaşımına reaksiya verib:

"Tina, mənim sizin əlinizi sıxmamağım, elə sizə olan hörmətimi göstərirdi. Əgər nə isə düz anlaşılmayıbsa, üzürlü sayın”, - o qeyd edib.