İdman 13:26 12.10.2018

Həbiblə Konor rekord vurdu

Ötən bazar günü ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turniri ödənişli yayımların satış sayı üzrə təşkilat tarixində rekord olub.

Qaynarinfo xəbər verir ki, dağıstanlı Həbib Nurməhəmmədov və irland Konor Makqreqor arsında baş tutan döyüş üçün ümumi dəyəri təqribən 2,4 milyon dollar (bir yayım 90 dollar təşkil edib) olan yayım hüququ satılıb. Bu isə UFC tarixində rekord göstəricidi.

İndiyəqədərki rekord UFC 202 ($1,5 mln) turnirində qeydə alınmışdı. Həmin turnirin əsas döyüşü Makqreqor və amerikalı Neyt Dias (20 avqust 2016-cı il) arasında olub. 

Qeyd edək ki, Nurməhəmmədov-Makqreqor döyüşü oktyabrın 7-nə keçən gecə baş tutub. Əsas döyüşdə Nurməhəmmədov Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub saxlayıb.