Video 14:02 23.07.2018

Həbs edilmiş müğənni: “Xoşuna gəldi, məni evinə apardı, sonra da...” (VİDEO)

Bir neçə il əvvəl həbs edilmiş müğənni Rasim Rzayev ARB TV-nin "Rezonans” verilişinin qonağı olub. 

Qaynarinfo xəbər verir ki, törətdiyi əməldən peşman olduğunu deyən sənətçi başına gələn hadisəni belə nəql edib: 

"Musiqiçiyəm. Kəndlərdə toylara gedirdim. 20 yaşımdan bu sənətdəyəm. Azərbaycanda tanınmış müğənnilərlə işləmişəm. Anlaşılmazlıq üstündən tutuldum. 3 il həbs edildim. Daha sonra restoranların birində muğam ifa edərkən ifam bir nəfərin xoşuna gəldi. Bir neçə ifadan sonra masaya dəvət etdi və söhbətləşdik. Sonra axşam o, məni evinə qonaq apardı. Sonra siqaret və içki almaq lazım olanda maşının açarını mənə verdi. Yaxınlıqdakı dükandan alıb qayıdanda maşının arxa hissəsini vurdum. Səhər ayılanda boynundan atdı və məni şikayət etdi. Bir neçə dəfə razılaşdıq, pulu ödədim. Polis də bildi durumu. Məhkəmə də buraxdı. Üstündən 10 ay keçdikdən sonra yenə məhkəməyə çağırdılar və həbs olundum. 2008-ci ildə ilk dəfə tutulanda ailəm dağıldı. İçki aludəçisi olduğum üçün ailəm dağıldı. Yanıma heç kim gəlib-getmir. Qardaşımı, anamı, uşaqlarımı, yoldaşımı çox üzdüm. Onların mənə etdiyi köməkliklərə qiymət vermədim. Elədiklərim üçün çox peşmanam. Deyilənlərə fikr verməmişəm”. 

Qeyd edək ki, R.Rzayev 3 il müddətinə azadlıqdan məhrum edilib.