Maqazin 19:44 27.02.2016

Həbsdə olan müğənni üçün yeni qərar

Qaynar.info milli.az-a istinadən xəbər verir ki,Türkiyənin həbsxanada olan məşhur müğənnisi Deniz Seki haqqında yeni qərar qəbul edilib. Belə ki, hal-hazırda İstanbul həbsxanasında cəza çəkən müğənninin iyun ayında Eskişehir şəhər həbsxanasına köçürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, müğənni narkotik maddələrdən istifadə və bu maddələrin yayılması ilə günahlandırılaraq 6 il həbs cəzası almışdı.

Qaynar.info