Xəbər lenti

Həbsdəki NİDA-çının məhkəməsi olacaq
Siyasət 10:15 25.03.2013

Həbsdəki NİDA-çının məhkəməsi olacaq

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Məmməd Əzizovun məhkəməsi olacaq. 

Bu barədə hərəkatın Qaynar.info-ya mətbuat koordinatoru Elmin Bədəlov məlumat verib: “Məhkəmə martın 27-si saat 14:30-da Apellyasiya Məhkəməsində keçiriləcək. Məmməd Əzizovun ev dustaqlığına buraxılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından şikayət verilib. Məmməd Əzizovun məhkəməyə gətirilməsi gözlənilir”.

Qeyd edək ki, NİDA Vətəndaş hərəkatının 4 üzvü – Məmməd Əzizov, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Şahin Həsənli şərlənərək həbs olunub. “Amnesty İnternational” beynəlxalq təşkilatı 4 gəncin həbsini siyasi sifariş hesab edir və onların dərhal azadlığa buraxılmasını tələb edir. Adıçəkilən təşkilat gəncləri vicdan məhbusu elan edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->