Dünya 12:38 26.09.2013

Həbsxanadan qaçan PKK-çılar saxlanıldı

Türkiyədə ötən gün həbsxanadan qaçan terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) 17 üzvü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 

Bu barədə Trend "TRT Haber" telekanalına istinadən xəbər yayıb.

Telekanalın məlumatına görə, yaraqlılar Bingöl vilayətinin Ortaçanaq kəndində saxlanılıblar.

Xatırladaq ki, Türkiyənin Bingöl vilayətində terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) 18 üzvü həbsxanadan qaçıb. Onlardan birinin axtarışı davam etdirilir.

Qaynar.info