Türkiyə türklərinin məşhur şairi Küçük İsgəndərə xərçəng diaqnozu qoyulub. Şairi artıq xəstəxanaya yerləşdiriblər. Biz də onun iki şeirini yayımlayır və şairə tanrıdan şəfa diləyirik.
KÜÇÜK İSKƏNDƏR
AĞRILI EŞQLƏR QALASI
bir səndə tənbih etdim
səadəti
heç nə xatirə deyil
əslində
ya çağlayan sular kimi
baxardın mənə
ya da donan sular kimi gülərdin
bütün gur sular
indi qorxudur məni
bir tək səndə tənbih etdim səadəti
heç nə xəyanət deyil
əslində
gah qaralan hava kimi
toxunurdun mənə
gah dalğın hava kimi sevişirdin
bütün gözəl havalar
indi ağladır məni
MESAJ
vadiyə
vəhşi vida
qızğın sularla enir
süngər qayalıqların
uğultusuna
tay tutur yağmurlu günəş
təlaşlı təmasların
təmsili
vadidə
kəpirli dağ silsilələrinə
doğru
xorla yaxınlaşır
təbiət
tək gözlü cin kimi ayaqucumda
Çevirdi Azad Qaradərəli
Şərhlər