Sağlamlıq 15:31 28.10.2017

Həkim-qastroentroloq: "Bu dərman mədə-bağırsağın ən böyük düşmənidir"

Fəsil dəyişməsi, payızın gəlməsi, soyuq hava kütlələrinin qəfil respublika ərazisinə daxil olması insanların sağlamlığına hər tərəfdən təsir göstərir. "Qaynarinfo" xəbər verir ki, son günlərdə xüsusən, onurğa sütunu ağrıları ilə bağlı şikayətlər artıb. Bel, boyun, oynaqlarda ağrılar şiddətlənib. 

Ağrıdan xilas olmaq üçün isə mütləq şəkildə müxtəlif ağrıkəsicilərdən istifadə olunur. "Diklofenak", "Ketonal, Voltaren kimi pereparatları bunlara misal 
göstərmək olar. Bəzən insanlar digər orqanlar üçün təhlükəsiz olması məqsədilə dərman kapsullarından yox, müvafiq pereparatların iynələrindən istifadə edirlər. Ancaq onu bildirək ki, ağrıkəsicinin iynə və ya kapsul halında olmasının heç bir fərqi yoxdur. hər ikisi qana sorularaq digər orqanlar üçün fəsadlar törədə bilir.  
 
 
 
Qastroentroloq Fərrux Nağıyev bildirir ki, ağrıkəsicilər, "Diklofenak" adlı pereparat ciddi fəasdlara səbəb ola bilər. Həkim "Qaynarinfo"ya açıqlamasında ağrıkəsicilərdən istifadə etməyə məcbur olanlara mədə qoruyucuları qəbul etməyi məsləhət görüb:

"Bəli, təəssüf ki, son zamanlar insanların aörıkəsicilərdən istifadəsi artıb. Ancaq onu nəzərə almaq lazımdır ki, ağrıdan xilas olmaq üçün qəbul edilən dərmanlar xüsusən mədə-bağırsaq sisteminin ciddi pozğunluqlarına gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün belə güclü ağrıkəsicilər qəbul edilən zaman mütləq mədə qoruyuculardan istifadə etmək lazımdır. Xüsusən, "Diklofenak" adlanan dərman mədə-bağırsağın ən böyük düşmənidir. Bu pereparat hətta mədə xorasının yaranmasına belə gətirib çıxara bilər".

Nərmin Həsənli
Qaynarinfo.Az