Video 22:38 14.01.2018

Həkimlərdən valideynlərə ciddi xəbərdarlıq: bu epidemiya sürətlə yayılır (VİDEO)

Ümumdünya Səhiyyə Təşkilatı qızılca xəstəliyi ilə bağlı valideynlərə müraciət edib. Uşaqların qızılcaya qarşı peyvənd olunmaması onların həyatı bahasına başa gələ bilər. Xüsusilə 5 yaşınadək uşaqların qızılcaya qarşı peyvənd olunması vacibdir.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, əgər qızılca əleyhinə peyvənd edilməzsə hər 10 uşaqdan biri ölə bilər. Bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatı valideynlərə xəbərdarlıq edib. Xüsusilə 5 yaşınadak uşaqlarda bu epidemiyaya yoluxmaq riski yüksəkdir.

Mütəxəssislər bildirir ki, əgər qızılca əleyhinə peyvənd edilməyən uşaqların sayı çox olarsa bu epidemiya sürətli yayıla və uşaqların sağlamlığına ciddi zərər vura bilər.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən hər il qızılcadan təxminən150 min nəfər dünyasını dəyişir və onların əksəriyyətini azyaşlı uşaqlar təşkil edir. Bu uşaqların orqanizminin daha zəif olması ilə bağlıdır. Valideynlər bir neçə əlamətə diqqət etməklə uşağın qızılcaya yoluxub-yoluxmadığını aşkar edə bilərlər.

Onu da qeyd edək ki, Ukraynanın paytaxtı Kiyev şəhərində yanvarın 1-dən etibarən uşaqların sürətlə qızılcaya yoluxması baş verib. Bu isə şəhərdə fövqəladə vəziyyətin elan olunmasına səbəb olub. Qızılcaya qarşı peyvənd olunmayan uşaqların bağça və məktəblərə buraxılmasına isə qadağa qoyulub.