Maqazin 14:47 29.10.2014

“Hələ də seksualam” - FOTOLAR

Dünya şöhrətli müğənni Cennifer Lopez artıq keçmiş formasında qalmadığı barədə iddialara stulda oturaraq bikinili pozla cavab verib. 

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 2 uşaq anası olan 45 yaşlı ifaçı həmin şəkillə yaydan ötrü darıxdığını bildirərək, “Hələ də seksualam” sözlərini yazıb. Cenniferə keçmiş həyat yoldaşı Mark Antonidən isə gözlənilməz dəstək gəlib. O, “Qara dəri, yayı sevirəm” şərhini verərək, C.Lopezə olan heyranlığını dilə gətirib.

Qeyd edək ki, “American İdol” adlı yarışmada münsif olan C.Lopez proqrama gedərkən geyindiyi yaşıl rəngli libası ilə də bir daha bədəninin formada olduğunu sübuta yetirmək istəyib.

Qaynar.info