Xəbər lenti

HƏMAS FAT-ın himayəsi altında Fələstin dövlətinin yaradılması təklif etdi
Dünya 20:57 21.04.2024

HƏMAS FAT-ın himayəsi altında Fələstin dövlətinin yaradılması təklif etdi

HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Fələstin Azadlıq Təşkilatının (FAT) himayəsi altında müstəqil Fələstin dövlətinin yaradılması təklifi ilə çıxış edib. 

Qaynarinfo bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

"Biz iki mərhələdə siyasi həllə çağırıq", deyə Haniyə bildirib.

O qeyd edib ki, birinci mərhələ Fələstin Azadlıq Təşkilatının bütün Fələstin hərəkatlarını əhatə edəcək şəkildə yenidən təşkil edilməsini əhatə edəcək.

Onun sözlərinə görə, ikinci mərhələdə Qəzza zolağı və İordan çayının qərb sahilindəki bütün strukturları bir rəhbərlik altında birləşdirmək mümkün olacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->