Xəbər lenti

Dünya 15:17 25.04.2024

HƏMAS silahlı qanadını buraxmağa hazırdır - Bircə şərtlə...

Fələstinin dövlətçiliyi təmin olunarsa, HƏMAS hərəkatı İsraillə beş il və ya daha çox müddətə atəşkəsə hazırdır.
 
Qaynarinfo xəbər verir ki, bunu Associated Press agentliyinə müsahibəsində HƏMAS Siyasi Bürosunun yüksək rütbəli üzvü Xəlil əl-Həyya deyib

"HƏMAS İsrailin 1967-ci ildən əvvəlki sərhədlərinə uyğun olaraq İordan çayının qərb sahilində və Qəzza zolağında tam suveren Fələstin dövlətinin yaradılmasına razılıq verəcək. Bu baş verərsə, qruplaşmanın hərbi qanadı buraxılacaq”, - deyə Xəlil əl-Həyya bildirib.

O, həmçinin əlavə edib ki, HƏMAS Fələstin Milli Azadlıq Hərəkatının (FƏTH) rəhbərlik etdiyi Fələstin Azadlıq Təşkilatına (FAT) qoşulmaq, Qəzza zolağı və İordan çayının qərb sahilini idarə etmək üçün vahid hökumət yaratmaq istəyir.

Qeyd edək ki, fevralın 18-də İsrail hakimiyyəti Fələstinin birtərəfli qaydada tanınması ilə razılaşmayan qətnaməni yekdilliklə qəbul edib. Baş nazir Benyamin Netanyahu bildirib ki, beynəlxalq təzyiqlərə baxmayaraq, İsrail heç vaxt Fələstin dövlətinin yaradılmasını dəstəkləməyəcək.

Aprel ayında Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə münaqişənin iki mərhələdə həlli planını təklif edib. Birinci mərhələdə Fələstin Azadlıq Təşkilatının (FAT) bütün Fələstin hərəkatlarını əhatə edəcək şəkildə yenidən təşkil edilməsi təklif edilir. İkinci mərhələdə, təşəbbüsə əsasən, yenilənmiş Fələstin Təşkilatının himayəsi altında müstəqil Fələstin dövləti yaradılmalıdır.

Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->