Siyasət 22:04 11.02.2018

Həmsədrlər Azərbaycan və Ermənistanı cəbhədə gərginliyi azaltmağa çağırdı (BƏYANAT)

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən sonra bəyanatla çıxış ediblər.

Qaynarinfo xəbər verir ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırıblar.

Həmsədrlər bəyanatda bu yaxınlarda təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatçılıqlarını ifadə ediblər:

"Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Biz tərəflərə güc tətbiq etməmək, ərazi bütövlüyü və hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə də daxil olmaqla, Helsinki yekun aktının başlıca prinsipləri əsasında münaqişənin sülh yollarının tapılması üzrə kömək etməkdə qətiyyətliyik. Biz tərəflərin hazırkı seçki dövrü nəzərə alınmaqla intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayırıq".