Dünya 19:18 24.05.2013

Həmsədrlər Nalbandyanla görüşdü

Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Ermənistan XİN görüşdə Dağlıq Qarabağ nizamlamasında irəliləyiş əldə etməyin mümkün yollarının müzakirə edildiyini açıqlayıb.

Həmsədrlər Bakıda keçirdikləri görüşlərlə bağlı təəssüratlarını bildiriblər.

Qaynar.info