Ölkə 22:22 05.12.2019

Həmsədrlərdən Bəyanat: "Münaqişənin hərbi həlli yoxdur..."

ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada keçirilən görüşləri ilə bağlı birgə bəyanat yayıblar.

Qaynarinfo xəbər verir ki, bəyanatda vurğulanıb ki, hazırki status-kvo qəbuledilməzdir: "Münaqişənin hərbi həlli yoxdur. Tərəfləri süni gecikmələr və şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırırıq".